İndoneziyada Semeru vulkanı beş dəfə püskürdü

Bölmə: Maraqlı › ,
Tarix: 11:58 16.04.2025

İndoneziyanın mərkəzi hissəsində Şərqi Yava əyalətində Semeru vulkanının beş yeni püskürməsi qeydə alınıb.

 


“İnformator.a” xəbər verir ki, bu barədə "Antara" agentliyi xəbər verib.

 

 

Müşahidə məntəqəsinin əməkdaşlarının məlumatına görə, kül sütunu vulkanın kraterindən min metr, (dəniz səviyyəsindən 4 676 metr) yüksəkliyə qalxıb.

Qeyd olunur ki, kül böyük intensivliklə şimal və şimal-şərq istiqamətində yayılır. İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Nəticələrinin Yumşaldılması Mərkəzi bölgə sakinlərinə və turistlərə vulkanın püskürdüyü qızmar daşların təhlükəsi səbəbindən ehtiyatlı olmağı və kraterdən 3 km radiusda yaxınlaşmamağı tövsiyə edib.

Semeru İndoneziyada hündürlüyünə görə dördüncü vulkandır (dəniz səviyyəsindən 3 676 metr) və Yava adasında ən yüksək zirvədir.

18 min adadan ibarət dünyanın ən böyük İndoneziya arxipelaqı, Sakit okeanın Odlu halqası adlanan ərazidə yerləşir, bu səbəbdən region güclü seysmik aktivliyə məruz qalır. İndoneziyada ümumilikdə 500-dən çox vulkan var, onlardan təxminən 130-u aktivdir.