Bağırov körpüsündə hərəkət bərpa edildi

Bölmə: Sosial › ,
Tarix: 14:16 16.04.2025

Nərimanov rayonu ərazisində -  Heydər Əliyev prospektinin Bağırov körpüsü adlanan ərazidən keçən hissəsində keçidə dolmuş su tamamilə çəkilib.

 


“İnformator.az” xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu məlumat verib.

 

O, toplanmış yağış sularının keçiddən kənarlaşdırıldığını və yolda hərəkətin bərpa edildiyini bildirib.

 

FHN-dən bildirilib ki, nazirliyin qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, "Bağırov" körpüsü ərazisində tuneldə aparılan suçəkmə əməliyyatı başa çatdırılıb. Digər ərazilərdə həyata keçirilən müvafiq zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.



Bölmədən digər xəbərlər
Təhlükəli infeksion xəstəliklərin profilaktikası artıq gözəllik xidməti sferasında
“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi tərəfindən “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihəyə start verilib.