“Viləş Palace Hotel” Hacı Mazandan alınıb?

Tarix: 17:27 16.04.2025
“Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalova məxsus “Viləş Palace Hotel”in qanuni təmsilçisi dəyişib.
“İnformator.az" “Qaynarinfo”ya istinadən xəbər verir ki, Zeynalov Vüqar Məhərrəməli oğlu “Viləş Palace Hotel” MMC-nin qanuni təmsilçiliyindən çıxarılıb. Onun yerinə Bağırlı Samir Eldar oğlu gətirilib. Qanuni təmsilçinin niyə dəyişdirildiyinin səbəbi bilinmir. Yüksək ehtimala görə, hotelin təkcə qanuni təmsilçisi yox, sahibi də dəyişib.
Qeyd edək ki, istirahət mərkəzinin rəsmi rəhbərliyindən gedən Vüqar Zeynalov iş adamı Ramazan Zeynalovun qardaşı oğludur. Ötən il istirahət mərkəzində nağdsız ödənişlərin qəbulundan imtina halları baş verdiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vüqar Zeynalova maliyyə sanksiyası tətbiq edib.
Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti “Viləş Palace Hotel” MMC-ni aralarında yaranmış torpaq mübahisəsinə görə məhkəməyə verib. İddialara görə, hotelin yerləşdiyi ərazinin əhəmiyyətli hissəsi dövlətə məxsusdur və həmin ərazini “Viləş Palace Hotel” MMC rəhbərliyi zəbt edib.