"Fənərbağça" kolumbiyalı futbolçu alıb

Bölmə: Dünya › ,
Tarix: 22:45 06.07.2025

Türkiyənin "Fənərbağça" klubu "Əl-Nəsr"in kolumbiyalı hücumçusu Con Duranı heyətinə qatıb.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi məlumat yayıb.

 

Məlumata görə, forvard 2025/2026 mövsümünün sonuna qədər icarə əsasında Türkiyə klubunda oynayacaq.


Qeyd edək ki, 21 yaşlı istedadlı forvard 2025-ci ilin yanvarında 77 milyon avro qarşlığında “Aston Villa”dan “Əl-Nəsr”ə keçib. Onun Səudiyyə Ərəbistanında illik maaşı 22 milyon dollardır (18,8 milyon avro). Futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədərdir.