Türkiyə kartelləri Avropa narkotik ticarətinin ən vacib iştirakçısı kimi

Tarix: 19:29 16.04.2025
Avropa İttifaqının Polis Təşkilatı olan Europol-un rəhbərliyi ilə Türkiyə və Avropadakı təhlükəsizlik qüvvələrinin birgə həyata keçirdiyi "Orkinos - Bulud" adlı əməliyyat nəticəsində beynəlxalq narkotik ticarətini yönləndirən dörd böyük cinayətkar dəstə çökdürülüb.
Son illərin ən böyük çoxtərəfli narkotik qaçaqmalçılığı əməliyyatı çərçivəsində, Türkiyə mərkəzli cinayətkar qruplaşmaların "Avropadakı irəli karakolları" adlandırılan lider heyəti də ələ keçirilib. Cinayətkar qruplara məxsus ümumilikdə 300 milyon avroluq əmlaka əl qoyulub. “İndiyə qədər belə böyük bir əməliyyat görməmişdim” deyən Europol-un Təşkilatlanmış Cinayətlər Şöbəsinin müdiri Andy Kraag, Türkiyə mərkəzli narkotik kartellərinin geniş əlaqələri sayəsində Avropa narkotik ticarətinin ən önəmli aktorlarına çevrildiyini vurğulayıb.
BBC News
Fatimə Heydərova