İlk dəfə okeanda nəhəng kalamar görünüb

Bölmə: Maraqlı › ,
Tarix: 19:56 16.04.2025

100 il əvvəl kəşf edilən nəhəng kalamar ilk dəfə təbii mühitində çəkilib. Uzunluğu 30 santimetr (11,8 düym) olan bala Atlantik okeanının cənubundakı Cənubi Sendviç adaları yaxınlığında 600 metr (1968 fut) dərinlikdə kameraya düşüb.

 

 Essex Universitetinin akademikinin rəhbərlik etdiyi alimlər qrupu mart ayında yeni dəniz canlıları üçün 35 günlük axtarış zamanı bu görüntüləri qeydə alıb. Mütəxəssislər hesab edirlər ki, nəhəng kalamar uzunluğu 7 metrə (23 fut) və çəkisi 500 kq-a (1100 funt) qədər böyüyə bilər.

 

 Bu, onları planetin ən ağır onurğasızlarına çevirir. Alimlər həmçinin yanvar ayında ilk dəfə buzlaq şüşəli kalamarın görüntülərini çəkdiklərini açıqlayıblar. 

 

Schmidt Okean İnstitutunun İcraçı Direktoru Dr. "Ardıcıl ekspedisiyalarda iki fərqli kalamarın ilk dəfə görünməsi diqqətəlayiqdir və cənub okeanının bu möhtəşəm sakinlərini nə qədər az gördüyümüzü göstərir", - Jyotika Virmani əlavə edib. "Bu unudulmaz anlar bizə okeanın hələ həll edilməyən sirlərlə dolu olduğunu xatırlatmağa davam edir”.

 

 

 

BBC News

Asiman Vəliyeva