Cümhuriyyət tarixinin ən böyük narkotik əməliyyatı-525 nəfər saxlanılıb

Bölmə: Hadisə › ,
Tarix: 21:51 17.04.2025

Daxili işlər naziri Ali Yerlikaya narkotik satıcılarına qarşı keçirilən “NARKOKAPAN-ANKARA” əməliyyatında 525 narkotik satıcısının saxlanıldığını açıqlayıb.

 

Yerlikaya sosial media hesabından "Narkokapan-Ankara" əməliyyatı ilə bağlı paylaşımında, "Əməliyyatda hədəfimiz xüsusilə gənclərimizi təqib edən, narkotik tacirlərinin əli kimi fəaliyyət göstərən, internet əsaslı ünsiyyət platformaları vasitəsilə məhəllələrdə və arxa küçələrdə narkotik satan "alverçi" kimi tanınan küçə alverçiləri idi. Əməliyyatımıza hazırlıq 6 ay çəkdi",- ifadəsini işlətdi.

 

Sahə araşdırmaları və analizləri böyük diqqətlə həyata keçirdiklərini və şübhəliləri texniki və fiziki nəzarətlə izlədiklərini ifadə edən Yerlikaya, bunları qeyd etdi:

 

"Tədbir edilən cinayətlərlə bağlı bütün fəaliyyətimizi bir-bir sübut etdik. Və bu səhər düyməni basdıq. Paytaxtımız Ankarada bu səhər saat 05:00-da başlayan Respublika tarixinin ən böyük narkotik əməliyyatını həyata keçirdik. 4768 polis, 1461 qrup, 40 xüsusi təlim keçmiş detektor iti, 4 İHA və havadan dəstək əməliyyatı üçün hazırlıq apardıq. 626 müxtəlif ünvanda eyni vaxtda reydlər keçirdik”.

 

Yerlikaya əməliyyatda iştirak edən şəxsi heyəti təbrik edərək, narkotiklərin bəşəriyyətin ən böyük düşməni olduğuna və buna cəsarət edən narkotik tacirlərinə qarşı qətiyyətli mübarizənin davam etdiriləcəyini diqqətə çatdırıb.

 

Mənbə: TRT Haber

Məhərrəmli Xədicə