Dunning-Kruger effekti nədir?

Bölmə: Maraqlı › ,
Tarix: 22:11 17.04.2025

 

Dunning-Kruger effekti 1999-cu ildə sosial psixoloqlar David Dunning və Justin Kruger tərəfindən kəşf edilib. Onlar, insanların özlərinin zəif biliklərini qiymətləndirməkdə çətinlik çəkdiklərini və bu səbəbdən özlərini daha bacarıqlı hiss etdiklərini müşahidə ediblər. 

 

Mövzu ilə bağlı psixoloq Sevinc Həbibova "İnformator.az"a açıqlamasında bildirib ki,müasir dövrdə belə insanlarla ,demək olar ki,hər yerdə rastlaşırıq.Bu cür insanlar başqa insanlar tərəfindən bəzən yaxşı qarşılanmırlar:

 

"Əslində,müəyyən bir sahədə öz qabiliyyətlərini yüksək qiymətləndirə bilməyənlər özünü yüksəltmə,özünü hər kəsdən üstün aparma,bir sözlə,bu koqnitiv -idraki bir meyildir.Zəifdirlər, ancaq özlərini yüksək qiymətləndirməyi bacarırlar. Yəni,öz sahəsi olmaya-olmaya özlərini çox qiymətləndirirlər.Həm sosial , həm də psixoloji baxımdan cəmiyyətdə real bazası olmayan özünü üstün aparır.Və bu da insanlar tərəfindən real qəbul oluna bilmir.Çünki savadlı insanlar təvazökar olurlar.Və belə insanlar,eyni zamanda tənqidi də qəbul etmirlər, başqa insanların onları tənqid etmələrindən xoşları gəlmir.Və biz bunu cəmiyyətdə də görürük.Onlar özləri üzərində işləməyi bacarmalıdırlar. Ümumiyyətlə, öz savadından,biliyindən əmin olan bir insanın özünə inamı çox olur.Hazırda bu mövzu aktual mövzudur.Yəni,bunun çıxış yolu insanın öz üzərində çalışması , özünü təkmilləşdirməsidir.Öz sahəsində daha çox çalışmalı və öyrənməlidir".

 

Ekspert belə insanların baxış bucağından da söz açıb: 

 

"Bəzən belə insanlar məkandan, zamandan asılı olmayaraq necə hərəkət edəcəklərini bilmirlər.Özlərini çox üstün bilirlər,yüksək düşünürlər.Onlara elə gəlir ki, hər şeyi bilirlər.Müasir cəmiyyətdə də biz bununla çox rastlaşırıq.Dediyim kimi belə insanlar tənqidə açıq deyillər.Əslində,hər bir insanın qüsuru vardır.Heç kim 4×4'lük deyildir.Ancaq bu insanlara mənfi rəy bildirdikdə heç cürə qəbul etmirlər.Bunu düzəltmək üçün ,gərək, insanlar öz üzərlərində çalışsınlar, təkmilləşsinlər,özlərini yaxşı mənada inkişaf etdirsinlər".

 

Nəzrin Məmmədova