İtaliyada kanat kabinəsi yerə çırpıldı- 4 ölü

Bölmə: Hadisə › ,
Tarix: 20:14 18.04.2025

İtaliyanın cənubunda Neapol yaxınlığında kanat kabinəsinin yerə çırpılması nəticəsində 4 nəfər ölüb.

 

 

Yerli mətbuatın məlumatına görə, qəza dağ yerində baş verib. Hadisə yerinə gələn xilasetmə qrupları qəza nəticəsində bir nəfərin ağır yaralandığını və xəstəxanaya aparıldığını bildirib. Eyni ərazidə asılan digər kanat kabinəsindəki 16 sərnişin təhlükəsizlik kəmərlərinin köməyi ilə təxliyə edilib.


 

Mənbə: CNN Türk
Nərmin Həşimova