İtaliyada sel can aldı

Tarix: 20:52 18.04.2025
İtaliyada təsirli olan güclü yağışların daşqınlara səbəb olduğu və nəticədə 3 nəfərin həyatını itirdiyi bildirilib.
Torino şəhəri yaxınlığındakı Monteu da Po yaşayış məntəqəsində 1 nəfərin suya düşərək boğulduğu qeyd olunub.
Vicenza şəhəri yaxınlığındakı Valdano bölgəsində isə ata və oğulun avtomobilləri ilə seldən qaçmağa çalışdıqları zaman sürüşmə nəticəsində yaranan çuxura düşərək itkin düşdükləri açıqlanıb.
İtaliya Yanğından Mühafizə Xidmətinin sosial media hesabında yayımlanan paylaşımda, səhər saatlarında ata və oğulun cansız cəsədlərinin həmin çuxurdan çıxarıldığı bildirilib.
Valle d'Aosta bölgəsində 6 min 400 nəfərin işıqsız qaldığı qeyd olunub. Həmçinin Torino şəhərinin yerləşdiyi Piyemonte bölgəsində hava şəraitinin nisbətən sabitləşdiyi və təhlükə səviyyəsinin ən yüksək olan qırmızıdan narıncıya endirildiyi açıqlanıb.
Mənbə: Haber Global
Nuray Əliyeva