Diş Fırçalama Yetmir: Dil Təmizliyi də Vacibdir

Bölmə: Maraqlı › ,
Tarix: 22:04 18.04.2025

 

Ağız və diş təmizliyi deyildikdə ağlımıza sadəcə dişlərin fırçalanması gəlir. Lakin yalnız diş fırçalamaq ağız gigiyenası üçün kifayət etmir. Ağız təmizliyinin tam şəkildə təmin olunması üçün dişlərin fırçalanması və eyni zamanda dilin təmizlənməsi vacibdir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən stomatoloq Vüqar Ələkbərov bildirib ki, ağız boşluğunun təmizliyi dişlərin təmizlənməsi ilə məhdudlaşmır:

 

“Bakterioloji təmizlik üçün dilin gigiyenasına da diqqət yetirmək vacibdir. Dilin adi diş fırçası ilə təmizlənməsində heç bir problem yoxdur. Dil üzərində toplanan bakteriyalar ağız qoxusuna səbəb ola bilər. Bu səbəbdən gün ərzində dişlərlə birlikdə dilin də mütəmadi olaraq təmizlənməsi ağız içi mikroflorasına müsbət təsir göstərir”.

 

Lalə Qurbanlı