Emin Ağalarov Prezident ailəsinin “Sea Breeze”dən görüntülərini paylaşıb

Tarix: 22:14 18.04.2025
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən və qarşıdakı dövrdə planlaşdırılan layihələrlə tanış olublar.
“İnformator.az” xəbər verir ki, “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov instaqram hesabında Prezident ailəsinin “Sea Breeze” istirahət mərkəzinə səfərinin görüntülərini paylaşıb.