Qubada qaya parçaları yola düşdü-Kəndlərlə əlaqə kəsildi

Tarix: 11:45 19.04.2025
Qubada qaya parçaları yola düşüb.
"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Quba-Qonaqkənd yolunun “Təngə dərəsi” adlanan ərazidən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, hadisə nəticəsində yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
Qurumdan bildirildi ki, Quba-Qonaqkənd yolunun 31-ci km-nə AAYDA-nın xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub:
“Qaya parçalarının parçalanaraq yolun hərəkət hissəsindən kənarlaşdırılması işləri aparılır. Qısa müddətdə yolda hərəkət bərpa olunacaq”.