Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub

Bölmə: Hadisə › ,
Tarix: 10:30 06.07.2025

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, yüksək sürətlə hərəkətdə olan avtomobilin digər nəqliyyat vasitəsinə çırpılması nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər isə xəsarət alıb.

 

Ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.