Bakının Nizami küçəsində anbardakı şiddətli yanğın məhdudlaşdırıldı

Bölmə: Sosial › ,
Tarix: 13:00 21.04.2025

Fövqəladə Hallar Nazirliyi vasitəsilə görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən anbarda baş verən yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

 

“İnformator.az” xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

 

Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.