Yanğın söndürüldü !-RƏSMİ AÇIQLAMA

Bölmə: Hadisə › ,
Tarix: 13:47 21.04.2025

Nəsimi rayonunda, Nizami küçəsində anbarda baş verən yanğın söndürüldü.


"İnformator.az" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin rəis müavini polkovnik Taleh Babayev bildirib ki, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsində yerləşən Elektron mallar anbarı və Qida istehsalı sexində yanğın baş verməsi haqqında məlumat Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə saat 10:51-də daxil olub. Yanğın yerinə dərhal Dövlət Yanğından Mühafizə xidmətinin qüvvələri, eyni ilə Xüsusi Xilasetmə Qüvvələri və Bakı Regional mərkəzinin şəxsi heyəti cəlb olunub. Hazırda yanğının məhdudlaşdırılması həyata keçirilib. Söndürülməsi istiqamətində işlər təşkil olunaraq həyata keçirilir. Binada baş vermiş yanğın zamanı yaxınlıqda olan çoxmənzilli yaşayış binasında insanların təhlükəsizliyini təmin etmək üçün təxliyə işləri həyata keçirilib. Ümumi sahəsi iki min 400² metr olan obyektin açıq alovla yanan hissəsi 360² metr olub. 

 

Xəsarət alan yoxdur. Yanğının baş verməsi ilə bağlı ümumi məlumatları müəyyən araşdırmalardan sonra sizə bildiriləcək. Anbardakı malların bir hissəsi yanıb, böyük hissəsi isə mühafizə olunub".

 

Lalə Qafarova