Millimiz Monteneqro ilə heç-heçə etdi

Tarix: 10:57 22.04.2025
Minifutbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, yığmamız Monteneqro ilə qarşılaşıb.
Görüş Herceg Novi şəhərindəki “Polino Arena”da baş tutub. Matç 1:1 hesabı ilə yekunlaşıb. Yığmamızın qoluna Samir Həmzəyev imza atıb.
Qeyd edək ki, görüş millimizin Bakıda keçiriləcək dünya çempionatının final mərhələsinə hazırlığı çərçivəsində baş tutub.