Kosmosda həyat əlaməti tapıldımı?

Tarix: 09:32 22.04.2025
Alimlər, Yer kürəsindən kənarda həyat ehtimalına dair ən güclü işarələrdən birini uzaq bir planetdə aşkar etdiklərini bildiriblər. Lakin mütəxəssislər bu kəşfin hələlik “həyat tapıldı” demək olmadığını vurğulayırlar.
İngilis alimləri James Webb Kosmik Teleskopu ilə apardıqları müşahidələr zamanı Yer kürəsindən 124 işıq ili uzaqlıqda yerləşən K2-18b adlı planetin atmosferində bəzi kimyəvi izlər aşkar ediblər. Bu izlərin başında dimetil sulfür (DMS) və ehtimal ki, dimetil disulfür (DMDS) dayanır. Bu iki molekulu Yer üzərində yalnız okeanlarda yaşayan mikroskopik canlılar istehsal edir. Kembridc Universitetindən Prof. Dr. Nikku Madhusudhan rəhbərliyindəki qrup bu kimyəvi maddələrin mövcudluğunun həmin planetdə bioloji fəaliyyət ola biləcəyinə işarə etdiyini bildirir. Araşdırmalara görə, K2-18b-nin səthi tamamilə okeanla örtülü ola bilər və hidrogenlə zəngin bir atmosferə sahibdir.
Alimlər bu cür planetləri “Hycean Dünya” adlandırırlar. Planetin öz ulduzuna olan məsafəsi də yaşamaq üçün əlverişli zona daxilindədir. Bu isə onun səthində maye halında suyun ola biləcəyi temperaturda yerləşdiyini göstərir.
Madhusudhan deyir: “Bu tip planetlərdə kükürd əsaslı qazların bol miqdarda ola biləcəyi daha öncə nəzəri olaraq irəli sürülüb. İndi isə biz onları həqiqətən aşkar etmiş olduq”.
Mənbə:TRT
Ətirə İbayeva