“Hər məsələdə eyni tərəfdəyik”

Bölmə: Dünya › ,
Tarix: 20:39 22.04.2025

ABŞ Prezidenti Donald Tramp Netanyahu ilə görüşdüyünü açıqlayıb. İran və ticarət də daxil olmaqla bir çox mövzunu müzakirə etdiklərini bildirən Tramp, Netanyahu ilə hər mövzuda eyni tərəfdə olduqlarını vurğulayıb.

 

 

ABŞ Prezidenti Tramp, İsrailin baş naziri Netanyahu ilə telefon danışığı ilə bağlı Truth Social hesabından açıqlama verib. Tramp açıqlamasında deyib:

"İsrailin baş naziri Netanyahu ilə indicə ticarət və İran da daxil olmaqla bir çox mövzuda danışdım. Görüş çox yaxşı keçdi, bütün mövzularda eyni mövqedəyik".



Ağ Evdən ətraflı bəyanat gözlənilir


Tramp və Netanyahu arasında görüş ABŞ və İran arasında danışıqların davam etdiyi bir vaxta təsadüf etdiyi üçün vacibdir. Ağ Evin telefon danışığı ilə bağlı daha ətraflı açıqlama verəcəyi gözlənilir. ABŞ Prezidenti Tramp aprelin 18-də deyib ki, İsrail İranın nüvə obyektlərinə mümkün hücum planını “təxirə salmır”, lakin hazırki mərhələdə bunu etməyə tələsmir.

 

Mənbə: a haber

Nərmin Həşimova