İsrailin Qəzzaya hücumu

Tarix: 21:10 22.04.2025
İsrail ordusunun gecə saatlarında Qəzzaya hücumu nəticəsində azı 14 nəfər ölüb.
Qəzza zolağının müxtəlif şəhərlərində gecə saatlarında soyqırım törədən İsrail ordusunun həyata keçirdiyi hücumlarda ən azı 14 nəfər həyatını itirib.
O, zolağın cənubun da Xan Yunis, şimal da Qəzza və mərkəzi hissə də Deyr əl-Bələh şəhərlərini hədəf alıb. Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, Xan Yunisin mərkəzindəki Əs-Sikke bölgəsində bir evə təşkil edilən hücumda 2-si uşaq olmaqla 9 nəfər ölüb, 13 nəfər yaralanıb. Xan Yunisin Əl-Kətibe məhəlləsinə artilleriya hücumu nəticəsində yaralananlar olub. Şimalda Qəzza şəhərləri və Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələh şəhərlərini hədəf alan hücumlarda biri həkim də daxil olmaqla azı 5 nəfər həyatını itirib.
BBC NEWS
Səftərova Səmayə