Kəlbəcərdə ağır qəza, ölən var

Tarix: 21:11 23.04.2025
Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"İnformator.az" "Qafqazinfo.az"a istinadən xəbər verir ki, “KİA” markalı avtomobil qarşıdan gələn betonqarışdıran avtomobillə toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Azad Zeynalov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.