"Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” dəyişib

Bölmə: Sosial › ,
Tarix: 11:10 25.04.2025

Azərbaycan Mərkəzi Bankı (AMB) 4 fevral 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda dəyişikliklər edib.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

 

Qərara əsasən, xüsusi cari hesabların sayı 7-dən 9-a çatdırılıb. Yeni hesablar aşağıdakı kimidir:

 

- elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası ilə bağlı cari hesab - elektron pul təşkilatının “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 3.1.5-ci maddəsində nəzərdə tutulan ödəniş xidmətini göstərməsi;

 

- elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası ilə bağlı olmayan digər ödəniş xidmətlərinin göstərilməsi üçün cari hesab - ödəniş təşkilatı və elektron pul təşkilatının “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 3.1.1-3.1.4-cü maddələrində nəzərdə tutulan ödəniş xidmətlərini göstərməsi.