7 sayda avtobus maşrutunun hərəkət sxemi dəyişdirilib

Tarix: 12:46 27.04.2025
“İnformator.az” xəbər verir ki, paytaxtın Hüseyn Cavid prospekti və Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar, aprelin 27-də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Məhdudiyyət səbəbindən 3, 6, 10, 14, 17, 18 və 96 nömrəli avtobus marşrutlarının hərəkəti gün ərzində İnşaatçılar və Mətbuat prospektləri, Şəfaət Mehdiyev, Bəxtiyar Vahabzadə, Ayna Sultanova və Mikayıl Müşfiq küçələri ilə təşkil olunacaq.