İranda baş verən partlayışda ölənlərin sayı artıb, yanğın söndürülüb

Bölmə: Dünya › ,
Tarix: 13:16 27.04.2025

 

İranın Bəndər Abbas şəhərindəki Rəcai limanında baş verən partlayışlar nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

 

Bu barədə "İnformator.az"  "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.

 

Məlumata görə, hadisə nəticəsində yaralananların sayı 1 100-ü ötüb.


Bildirilir ki, partlayış nəticəsində başlayan yanğın isə Qızıl Aypara Cəmiyyətinə məxsus helikopterlərlə və toz yanğınsöndürmə torbalarından istifadə etməklə söndürülüb.

 

10:00 

 

İranın Bəndər Abbas şəhərindəki Rəcai limanında baş verən partlayışlar nəticəsində ölən və yaralananların sayı artıb.

 

"İnformator.az" "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın Hörmüzqan vilayətinin Fövqəladə Hallar İdarəsi məlumat paylaşıb.


Bildirilir ki, indiyə olan məlumata əsasən, ölənlərin sayı 18 nəfərə çatıb. Bundan başqa, yaralananların sayı 800 nəfəri keçib.