Türkiyə yenə silkələndi

Tarix: 23:20 27.04.2025
Türkiyənin Elazığ vilayətində zəlzələ olub.
“İnformator.az” xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli saatla 21:09-da episentri Sivrice olmaqla 4,9 bal gücündə qeydə alınıb.
Zəlzələnin 11,31 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.