İsrail yanır! - “Ölkə tarixinin ən böyük yanğını”

Tarix: 09:52 01.05.2025
İsrailin Qüds və Təl-Əviv arasındakı 5 yaşayış məntəqəsinin yanğınlar səbəbilə boşaldıldığı halda, hökumət yanğınlarla mübarizə üçün beynəlxalq yardım çağırıb.
İsrail yanğınsöndürmə idarəsinin Qüds regional direktoru Şmulik Fridman deyib:
“Biz çox böyük meşə yanğınının ortasındayıq, bəlkə də bu ölkənin indiyə qədər gördüyü ən böyük yanğındır”.
İsrail yanğınsöndürmə idarəsi Qüds ilə Təl-Əviv arasındakı Eştaol meşəsində başlayan və yayılan yanğın səbəbilə Neve Şalom, Bekoa, Taoz, Naşşon və Mesilat Sion yaşayış məntəqələrinin boşaldıldığını açıqlayıb.
Mənbə: CNN Türk
Zəhra Möhübbətova