UEFA Konfrans Liqasında yarımfinal oyunları başlayır

Tarix: 10:48 01.05.2025
Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə start veriləcək.
"İnformator.az" AZƏRTAC-a istinadən xəbər verir ki, İspaniyanın “Betis” komandası evdə İtaliyanın “Fiorentina” klubunu, İsveç təmsilçisi “Yurqorden” isə İngiltərənin “Çelsi” kollektivini qəbul edəcək.
Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
UEFA Konfrans Liqası
Yarımfinal, ilk oyun
1 may
23:00. “Betis” (İspaniya) - “Fiorentina” (İtaliya)
23:00. “Yurqorden” (İsveç) - “Çelsi” (İngiltərə).
Qeyd edək ki, bu raundun cavab oyunları mayın 8-də təşkil olunacaq.