Bakıda yaşayış binasında yanğın olub

Tarix: 00:05 03.05.2025
Bakıda yaşayış binasında yanğın qeydə alınıb.
"İnformator.az" xəbər verir ki, hadisə paytaxtın Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov küçəsində yerləşən binada baş verib.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən qüvvələri cəlb olunub. Yanğının miqyası və səbəbləri barədə hələlik məlumat verilməyib.