Xaçmazda 73 yaşlı kişi intihar edib

Tarix: 21:26 04.05.2025
"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Şollar kənd sakini 1952-ci il təvəllüdlü Bayramov Şamil Sultan oğlu özünü asıb.
Ş.Bayramovun hansı səbəbdən bu addımı atdığı hələlik məlum deyil. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.