Prezident Ərdoğan ABŞ Prezidenti Trampla görüşüb

Bölmə: Dünya › ,
Tarix: 20:10 05.05.2025

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla görüşüb. Görüş zamanı ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.

 


Rabitə Müdirliyinin görüşlə bağlı verdiyi açıqlama belədir:

 

"Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı aparıb. Söhbət zamanı Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə olunub.

Görüş zamanı Prezident Ərdoğan Türkiyənin ABŞ ilə bir çox sahədə, xüsusilə də müdafiə sənayesində əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəyini bildirib. Dövlət başçımız ABŞ Prezidenti Trampın müharibələrə son qoymağa yanaşmasını dəstəklədiyini, İranla danışıqlar prosesini və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün göstərilən səyləri yüksək qiymətləndirdiyini bildirib.



Prezident Ərdoğan görüşdə Qəzzada humanitar böhranın ciddi ölçülərə çatdığını, humanitar yardımların fasiləsiz olaraq Qəzzəyə çatdırılmasının və bu faciəvi humanitar dramın sona çatdırılmasının vacibliyini, Türkiyənin atəşkəs və davamlı sülhün təmin edilməsi üçün əməkdaşlığa və hər cür dəstəyi verməyə hazır olduğunu bildirib. Cənab Prezidentimiz Türkiyənin Suriyanın ərazi bütövlüyünü qorumaq və sabitliyi təmin etmək üçün səylər göstərdiyini, ABŞ-nin Suriyaya qarşı sanksiyaları yumşaltmaq səylərinin prosesə töhfə verəcəyini, sabit Suriyanın həm regional, həm də dünya sülhünü dəstəkləyəcəyini bildirib. Prezident Ərdoğan görüş zamanı ABŞ Prezidenti Trampı Türkiyəyə dəvət edib”.

İkitərəfli görüşlə bağlı açıqlama ABŞ prezidenti Donald Trampın sosial media hesabında da paylaşılıb. 

 


Mənbə:Haber Global
Əminə Əliyeva