İsrailin Qəzza soyqırımı nəticəsində ölənlərin sayı 52 567 nəfərə çatıb

Bölmə: Dünya › ,
Tarix: 21:47 05.05.2025

İsrailin Qəzza soyqırımı nəticəsində ölənlərin sayı 52 567 nəfərə çatıb İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzzada həyata keçirdiyi qırğında həyatını itirən fələstinlilərin sayı 52567-yə yüksəlib. 

 

Hücumlarda 118 min 610 fələstinli yaralanıb. İsrailin 7 oktyabr 2023-cü ildən intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında həyatını itirənlərin sayı 52567, yaralıların sayı isə 118610-a yüksəlib. İsrailin Qəzza zolağına intensiv hücumları davam etdiyi üçün bölgədə ölən və yaralananların sayı saatlar keçdikcə artır. Fələstin Səhiyyə Nazirliyi 7 oktyabr 2023-cü ildən bəri davam edən hücumların sayı ilə bağlı son rəqəmləri açıqlayıb. Bəyanatda son 24 saat ərzində Qəzza zolağında 32 ölü və 119 yaralının xəstəxanalara çatdırıldığı bildirilib. Nazirlik bəyanatında qeyd olunub ki, İsrailin birtərəfli qaydada atəşkəsi pozduğu 18 martdan bu yana 2459 fələstinli həyatını itirib, 6569 fələstinli isə yaralanıb.

 

Mənbə: A Haber

Çimnaz Telmanqızı