Prezident Ərdoğan ABŞ prezidenti Trampı Türkiyəyə dəvət edib

Tarix: 22:11 05.05.2025
Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Görüş zamanı prezident Ərdoğan ABŞ prezidenti Trampı Türkiyəyə dəvət edib.
Kommunikasiyalar Müdirliyinin sosial media hesabından edilən açıqlamaya görə, görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan görüş zamanı Türkiyənin ABŞ ilə bir çox sahədə, xüsusilə müdafiə sənayesində əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəyini bildirib.
ABŞ prezidenti Trampın müharibələrə son qoymağa yanaşmasını dəstəklədiyini ifadə edən Ərdoğan, İranla aparılan danışıqlar prosesini və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün göstərilən səyləri təqdir etdiyini bildirib.
“Türkiyə əməkdaşlığa və dəstəyə hazırdır”
Görüşdə Ərdoğan Qəzzada humanitar böhranın ciddi ölçülərə çatdığına diqqət çəkərək, Qəzzaya humanitar yardımların fasiləsiz çatdırılması və bu faciəli humanitar dramın sona çatması lazım olduğunu, Türkiyənin atəşkəs və davamlı sülhün təmin edilməsi üçün əməkdaşlığa və hər cür dəstəyi verməyə hazır olduğunu vurğulayıb.
Türkiyənin Suriyanın ərazi bütövlüyünü qorumaq və sabitliyi təmin etmək üçün səylər göstərdiyini vurğulayan Ərdoğan ABŞ-nin Suriyaya qarşı sanksiyaları yumşaltmaq üçün göstərdiyi səylərin prosesə töhfə verəcəyini, sabit Suriyanın həm regional, həm də dünya sülhünü dəstəkləyəcəyini qeyd edib.
Prezident Ərdoğan görüş zamanı ABŞ prezidenti Trampı Türkiyəyə dəvət edib.
Mənbə: TRT Haber
Fatimə Şahverdiyeva