Çempionlar Liqasında ilk finalçı bəlli olur

Bölmə: İdman › ,
Tarix: 21:17 06.05.2025

"İlk görüşdə qeydə alınan nəticə "İnter"ə üstünlük verir, amma mən bu üstünlüyün çox olduğunu düşünmürəm. Üstünlük nədir? "İnter" doğma meydanda yerli publikanın önündə oynayacaq. Bu matçın taleyini nə həll edəcək deyə soruşsanız, əlbəttə, komandalar artıq bir-birini tam olaraq öyrəniblər".



Bu sözləri idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında deyib.

 

Müsahib qeyd edib ki, onsuzda ilk oyundan sonra zəif və müsbət tərəflər bəlli olur:

 

"Bu cür oyunlarda əsas, həlledici olan amil futbolçuların oyun vəziyyətlərində, oyun anlarında verdikləri düzgün qərarlardır. Hər biri taktikadır. Demək istədiyim budur ki, "İnter" fiiziki göstəricilərinə görə "Barcelona"nı üstələyən komandadır. İlk oyunda bunu müşahidə etdim. Onun standart vəziyyətləri çox təhlükəlidir. Hakan Çalğanoğlu kimi standart vəziyyətlər ustası var. “İnter" hava toplarında da daha təhlükəlidir. Amma "Barcelona"nən fəlsəfəsi, qısa ötürmələr, sürətli keçidlər və fərdi cəhətdən yaxşı futbolçuların olması və sai həlledici rol oynaya bilər".

 


Müsahibin sözlərinə görə, şanslar 50/50-dir:

 

"Hətta azarkeş amilini belə mən "İnter" üçün üstünlük saymıram. "Barcelona"nın finala çıxacağını gözləyirəm. Ümumillikdə, bu ilki çempionlar liqasını götürsək, yarımfinallarda İngiltərənin, İtaliyanın, İspaniyanın, Fransanın təmsilçiləri var idi. Yəni, Avropada söz sahibi olan 5 ölkədən 4-ü təmsil edəcəyi insanları buraya yığa bilib. Bu isə əsl müasir futbolun tendensiyalarına tam uyğundur. Böyük büdcəli, daha yaxşı, ən çox təmsilçili komandalar Çempionlar Liqasında, Avropanın ən yüksək klub turnirinin yarımfinalındadırlar".



Zəhra Möhübbətova