İran və Azərbaycan arasındakı münasibətlər nizamlanır

Bölmə: Siyasət › ,
Tarix: 21:19 06.05.2025

 

İran və Azərbaycan arasındakı münasibətlər çoxşaxəlidir. Bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) keçirilən görüşdən öncə jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, bölgədə İran və Azərbaycan qədər bir-birinə sıx bağlı olan başqa iki ölkə yoxdur: "Xalqlarımız da bir-birinə çox bağlıdır. İki ölkə arasında yaranan hansısa süni maneələri aradan qaldırmağa, münasibətləri öz məcrasına qaytarmağa çalışırıq".

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elman Vəliyev bildirib ki, iki ölkə arasındakı əməkdaşlıq sahələrinin ən əsası iqtisadi sahədir.

 

"İki ölkə arasındakı münasibətlərə təsir edən süni maneələr bitib. Artıq sadəcə təbii maneələr qalmışdır. Buraya dini, etnik amillər və Zəngəzur məsələsi aiddir".

 

Politoloqun sözlərinə görə, Azərbaycan xarici ölkələrlə, ən başlıcası isə qonşu İranla münasibətləri, əlaqələri müsbət səviyyədə saxlamalıdır. Ölkə digər dövlətlərlə həm iqtisadi, həm də ticarət əlaqələrini yüksək səviyyədə tutması nəticəsində öz gücünü qüvvətləndirir.

 

Aygün Babayeva