İsrail bütün Qəzzanı ələ keçirməyi planlaşdırır

Bölmə: Dünya › ,
Tarix: 21:23 06.05.2025

HƏMAS-ın yüksək rütbəli rəsmisi bildirib ki, İsrail bütün Fələstin ərazilərini qeyri-müəyyən müddətə ələ keçirə biləcək genişlənən hücumu təsdiqlədikdən sonra Qəzzada yeni atəşkəs və girovların azad edilməsi ilə bağlı növbəti danışıqların “heç bir mənası yoxdur”.

 

Bassem Naim BBC-yə deyib ki, İsrailin “aclıq müharibəsi” davam etdiyi müddətdə silahlı qruplaşma yeni təkliflərlə maraqlanmayacaq. İsrail ordusu bazar ertəsi bildirib ki, "genişmiqyaslı" əməliyyatın məqsədi Həmasdan girovları geri almaq və HƏMAS-ı "qətiyyətlə məğlub etmək”dir. İsrail rəsmiləri bildiriblər ki, bu, Qəzzanı "ələ keçirmək", əhalisinin əksəriyyətini köçürmək və BMT-nin ciddi ərzaq qıtlığına səbəb olduğunu bildirdiyi iki aylıq blokadadan sonra yardıma nəzarəti ələ keçirmək deməkdir. Rəsmilər həmçinin bildiriblər ki, hücum ABŞ prezidenti Donald Trampın gələn həftə regiona səfərindən sonra başlayacaq və HƏMAS-a razılığa gəlmək üçün “imkan pəncərəsi” təqdim edəcək. 

 

BBC News 

Asiman Vəliyeva