CHP sürücüsünə 13 il həbs istəndi

Bölmə: Hadisə › ,
Tarix: 22:04 07.05.2025

CHP sürücüsünə 13 il həbs istəndi. CHP-nin deputatlarını daşıyan avtobusun sürücüsü Gökhan Gülyurt polisin “saxla” xəbərdarlığına tabe olmayaraq avtobusu polis əməkdaşlarının üzərinə sürdüyü üçün “vəzifəsinin icrasına mane olmaq üçün müqavimət göstərmək” ittihamı ilə 13 il 6 aya qədər həbs cəzası istənilib.

 

Ankara Respublika Baş Prokurorluğunun hazırladığı iddianamədə Trafik Nəzarəti Şöbə Müdirliyində növbətçi polis əməkdaşları Mehmet Ö, Okan A, Okan Y, Sare Y. və Yasemin K. şikayətçi, avtobusun sürücüsü Gökhan Gülyurt isə şübhəli şəxs qismində qeyd edilib.

İttihama görə, aprelin 23-də CHP millət vəkilləri və sədr müavinlərini daşıyan və şübhəli Gülyurtun idarə olunan 06 CHP 66 dövlət nömrə nişanlı rəsmi avtobus Hipodrom küçəsindən Talatpaşa küçəsinə doğru hərəkət edərkən, şikayətçi polis əməkdaşları Sare Y. və Okan A. döyüşə getmə əmri verərək maşını dayandırmaq istəyiblər. 

 

Mənbə: A Haber

Çimnaz Telmanqızı