Ucarın elektrik yarımstansiyasında yanğın olub, bir sıra kəndlər işıqsız qalıb

Tarix: 08:58 01.06.2025
"İnformator.az" "Report"a istinadən Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Müsüslü kəndində yerləşən yarımstansiyada qeydə alınıb.
Belə ki, saat 07:40 radələrində stansiyada yerləşən transfarmatorların birində qəfil yanğın başlayıb. Yanğın qısa zamanda genişlənib, nəticədə Müsüslü, Təzə Şilyan, Bərgüşad, Qaracallı, Pirkənd, Küçəkənd, habelə Göyçayın Alpout və Bəydövül kəndləri işıqsız qalıb.