Bakıda köməkçi tikilidə yanğın olub, meyit aşkarlanıb

Bölmə: Hadisə › ,
Tarix: 10:14 11.05.2025

Bakı şəhərinin Sabunçu rayonununda ümumi sahəsi 10 m² olan köməkçi tikilinin içərisində məişət və taxta tullantıları yanıb.

 

"İnformator.az" “Report”a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yanğın yanğından mühafizə bölmələri söndürüb.