Ceyhun Bayramov Bəhreyn Krallığının vəliəhdi ilə görüşüb

Bölmə: Siyasət › ,
Tarix: 12:08 12.05.2025

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə ilə görüşüb.

 

"İnformator.az" xəbər verir ki bu barədə Azərbaycan XİN məlumat yayıb.

 

Görüşdə tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri ilə bağlı geniş müzakirələr aparıb.