Qəzaya düşən traktor aşdı, yaralılar var

Bölmə: Hadisə › ,
Tarix: 17:27 12.05.2025

Bu gün Tovuzda ağır yol qəzası baş verib.

"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Aşağı Quşçu kəndində “Hyundai” markalı yük avtomobili ilə “Belarus” markalı traktor toqquşub.


Nəticədə kənd təsərrüfatı texnikası aşıb, 2 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqda yerləşən tibb müəssisəsinə yerləşdirilib. Vəziyyətləri orta ağırdır. Faktla bağlı araşdırma başlanılıb.