Türkiyədə daha bir zəlzələ olub

Tarix: 09:08 13.05.2025
İstanbul sahilində bu gün 4.1 maqnitudalı zəlzələ baş verib.
"İnformator.az" xəbər verir ki, bu barədə Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu məlumat yayıb.
Yeraltı təkanlar Mərmərə dənizində qeydə alınıb. Zəlzələ yerli vaxtla saat 07:18-də baş verib, ocağı isə 13.6 km dərinlikdə yerləşib.