NATO XİN rəhbərləri Antalyada görüşəcək

Tarix: 09:33 13.05.2025
Antalyada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı keçiriləcək.
“İnformator.az” “TRT Haber”ə istinadən xəbər verir ki, 32 NATO müttəfiqinin təmsil olunacağı iclas mayın 14-15-də baş tutacaq.
24-25 iyun tarixlərində Haaqada keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Zirvəsinə hazırlıq Antalyada keçiriləcək bu toplantıda müttəfiq ölkələrin XİN rəhbərləri tərəfindən müzakirə olunacaq.
Qeyri-rəsmi sessiyada alyansın gündəliyində duran prioritet məsələlərlə bağlı Haaqa Sammitində qəbul oluna biləcək qərarların müzakirə ediləcəyi gözlənilir.