Rusiya və Ukrayna İstanbulda barışacaqmı?

Tarix: 11:02 13.05.2025
Rusiya ilə Ukrayna arasında Türkiyənin ev sahibliyi etdiyi və Ukrayna müharibəsinin taleyini müəyyən edəcək birbaşa danışıqlar masasının açılmasına 48 saat qaldığı üçün tərəflər prosesin necə idarə olunacağı ilə bağlı hesablamalar aparmağa başlayıblar.
Prezident Ərdoğan Makron, Putin və Zelenski ilə telefon danışıqlarından sonra yeni fürsət pəncərəsinin açıldığını bildirib. O, Türkiyənin danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib. ABŞ Prezidenti Donald Tramp:
"Cümə axşamı İstanbula uça bilərəm",-deyib.
Ötən gecə Rusiya Prezidenti Vladimir Putin “İstanbulda Ukrayna ilə qeyd-şərtsiz danışıqlara hazırıq” dedikdə, dünya “Müharibə bitirmi?” sualını verdi. Bu, ritorikaya səbəb olsa da, Ukrayna lideri Vladimir Zelenskinin “Müharibəyə son qoyacağı təqdirdə şəxsən İstanbula getməyə və Putinlə görüşməyə hazıram” deməsi rusları təəccübləndirdi. Bununla belə, Qərb və Kiyevin danışıqlardan əvvəl 30 günlük qeyd-şərtsiz atəşkəs tələbindən geri çəkilməməsi və Rusiyanın hələ də bu məsələdə müsbət siqnal verməməsi diqqət çəkir.
Rusiyanın danışıqlar təklifinin Ukrayna və onun avropalı müttəfiqlərinin həftə sonu elan etdiyi 30 günlük atəşkəsə razılıq verməmək üçün dayandırıcı bir taktika olduğunu təkid edən Kiyev administrasiyası “biz orada olacağıq” mesajını verdi. Zelenskinin köməkçisi Andrey Yermak, "Ukrayna qədər ədalətli və davamlı sülh istəyən yoxdur. Müharibəyə son qoyacaq hər kəslə görüşməyə hazırıq. Rusiyanın İstanbula göndərdiyi hər kəslə görüşməyə hazırıq. Masaya oturmayan tərəf olmayacağıq. Rusiya tərəfinin "Sülh istəmirlər" deməsinə imkan verməyəcəyik",-dedi.
Mənbə: CNN Türk
Əminə Əliyeva