Azərbaycanda tutulan Türkmənistan vətəndaşı ölkəsinə qaytarıldı

Bölmə: Hadisə › ,
Tarix: 18:13 13.05.2025

Azərbaycanda tutulmuş Türkmənistan vətəndaşı ölkəsinə təhvil verilib.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Türkmənistan vətəndaşı, 2000-ci il təvəllüdlü Saparov Atarejep Agajepbaroviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün həmin dövlətin Baş Prokurorluğunun vəsatətini Azərbaycan Baş Prokurorluğu təmin edib.


Saparov Atarejep Agajepbaroviç şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət əməllərinin törədilməsində ittiham edildiyindən beynəlxalq axtarışa verilib, o cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkmənistanın səlahiyyətli orqanına təhvil verilib.