Xəstəxanada müayinə zamanı öldü

Tarix: 17:35 14.05.2025
Gəncə şəhərində xəstəxanalardan birinə müayinəyə gedən qadın tibb müəssisəsində ölüb.
"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü Ramilə Bayramova xəstəxanada müayinədən keçən zaman həyatını itirib.
Hazırda qadının hansı səbəbdən vəfat etməsi ilə bağlı araşdırma başlanılıb. Qeyd edək ki, R. Bayramovanın 4 övladı var.