45 gündür axtarışda olan Aytacın meyiti tapılıb

Bölmə: Hadisə › ,
Tarix: 00:20 15.05.2025

Tbilisidə Kür çayına düşən azərbaycanlı qızın meyiti 45 gündən sonra tapılıb.

 

“İnformator.az” xəbər verir ki, meyit ötən gün Kür çayına düşən avtomobildə olanların axtarışları zamanı aşkarlanıb.

 

Axtarış-xilasetmə məqsədilə ilə Kür çayının Ortaçala SES yaxınlığında səviyyəsi azaldılıb. Nəticədə xilasedicilər SES-in yaxınlığında naməlum cəsəd aşkarlayıblar.

Tibbi ekspertiza nəticəsində cəsədin aprelin 1-də özünü Kürə ataraq intihar etdiyi bildirilən 21 yaşlı Aytac Məmmədovaya məxsus olduğu məlum olub. 

 

Kürə düşən avtomobilin sərnişinlərinin axtarışları isə davam etdirilir.