İstanbulda iş yerində buxar qazanı partladı: 1 yaralı var

Tarix: 21:11 15.05.2025
İstanbulun Bağcılar şəhərində avtoyuma məntəqəsinin buxar qazanında partlayış baş verib.
İlkin məlumata görə, bir nəfər xəsarət alıb, iki park edilən avtomobilə ziyan dəyib. Bağcılarda ütü və qablaşdırma sexində buxar qazanının partlaması nəticəsində 1 nəfər xəsarət alıb.
Çinar məhəlləsi, 708-ci küçədə tekstil məmulatlarının ütülənib qablaşdırıldığı emalatxanaya məxsus binanın çöl hissəsində yerləşən buxar qazanı naməlum səbəbdən partlayıb. Bölgədəki insanların xəbərlərindən sonra hadisə yerinə çoxlu sayda sağlamlıq, yanğınsöndürən və polis qrupları göndərilib. İlkin məlumata görə, partlayışda yaralanan 1 nəfər sağlamlıq qruplarının müdaxiləsindən sonra xəstəxanaya aparılıb. Partlayış emalatxanaya böyük ziyan vurub, qazan və iş yerinin damı küçəyə uçub. Atelyenin yuxarı mərtəbəsindəki avtomobil təmiri sexi, qonşuluqdakı avtoyuma və küçədəki nəqliyyat vasitələri də zədələnib. Partlayışın baş verdiyi bina ilə üzbəüz bir iş yerinin və məktəbin şüşələri də parçalar tərəfindən sındırılıb. Hadisə şahidi Mehmet Aydar bildirib ki, partlayış nəticəsində dam örtüyü uçub, ətrafdakı maşınlara ziyan dəyib.
Mənbə: A Haber
Çimnaz Telmanqızı