Soyqırım edən İsrail Qəzzanın daimi işğalı üçün hərəkət edir 

Bölmə: Dünya › ,
Tarix: 14:57 17.05.2025

 

Son 24 saatda Qəzzada 113 mülki vətəndaşı qətlə yetirən soyqırım İsrail ordusu Qəzzanı işğalını daimi etməyə hazırlaşır. İsrail ordusu "Qəzzanın işğalını genişləndirmək və onu daimi etmək" üçün təhlükəsizlik kabinetinin təsdiqlədiyi planı həyata keçirməyə başladığını açıqlayıb.

 

İsrail ordusunun Qəzzaya hücumları ilə bağlı verdiyi açıqlamada "ordunun bölmələrini səfərbər etdiyi" bildirilib. Açıqlamada İsrail ordusunun Qəzzanın işğalını genişləndirmək və strateji bölgələri zəbt etmək üçün dünən gün ərzində geniş hücumlara keçdiyi bildirilib. “Gideonun arabaları” adlandırılan hücumların 7 oktyabr 2023-cü il tarixindən bu yana şiddətli hücumları ilə bu məqsədlərə çata bilməyən İsrailin Həmas-ı məğlub etmək və İsrailli məhbusları geri qaytarmaq məqsədlərinə çatmaq üçün həyata keçirildiyi iddia edilib. İsrail ordusunun Qəzza zolağında hücumlarını davam etdirəcəyi bildirilib.

 

TRT XƏBƏR

Asiman Vəliyeva