Tramp mayın 19-da Putinə zəng edəcəyini bildirib

Tarix: 19:40 17.05.2025
ABŞ Prezidenti Donald Tramp mayın 19-da Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.
"İnformator.az" xəbər verir ki, bu barədə o, "Truth Social" şəbəkəsində yazıb.
O, Rusiya-Ukrayna münaqişəsi və ticarət məsələlərini müzakirə etməyi planlaşdırdığını bildirib.