Danimarka Ukraynaya 600 milyon dollardan çox hərbi yardım paketi ayırıb

Bölmə: Dünya › ,
Tarix: 16:29 17.05.2025

Danimarka Müdafiə Nazirliyi 26-cı hərbi yardım paketi çərçivəsində Ukraynaya artilleriya qurğuları və mərmiləri üçün 4,2 milyard kron (təxminən 630 milyon dollar) ayıracaq.

 

"İnformator.az" bu barədə Danimarka Müdafiə Nazirliyinin məlumatında deyilir.

 

"Sayca 26-cı ianə paketi 2025-2028-ci illər ərzində təxminən 4,2 milyard kron məbləğində hərbi dəstəyi əhatə edir və Ukrayna Fondu çərçivəsində hərbi dəstək və Avropa Sülh Fondundan (EPF) gəlirlərin kompensasiyası çərçivəsində maliyyələşdirilir", - nazirlik bildirib.


Dəqiqləşdirilir ki, hərbi yardıma artilleriya alayları, Çexiya təşəbbüsü çərçivəsində döyüş sursatları, qırıcı təyyarələr üçün avadanlıq, həmçinin təlim imkanlarının genişləndirilməsi daxil edilib.